Xəbərlər
60 illik yubiley tədbiri
10/06/2026, 09:36

ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Qubadlı rayon İşıqlı kənd tam orta məktəbin müəllimi Şahverdiyev Habil Kərəm oğlunun 60 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov, məktəbin direktoru Ofelya Yusifova, İlk Həmkarlar təşkilatının sədri Yeganə Abdullayeva və məktəbin pedaqoji kollektivi iştirak etmişdir. Habil müəllimi yubiley münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar arzu edirik. Tədbirin sonunda yubilyara Fəxri Fərman və mükafat təqdim olunmuşdur.








