Xəbərlər
60 illik yubiley tədbirləri davam edir
05/06/2026, 15:03

ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Qubadlı rayon Əliyar Əliyev adına Qəzyan kənd tam orta məktəbinin müəllimi Aslanova Nəsibə Vahid qızının 60 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov, məktəbin direktoru Gülər Əhmədova, İlk Həmkarlar Təşkilatının sədri Təranə Həmzəyeva və məktəbin pedaqoji kollektivi iştirak etmişdir. Nəsibə müəllimənin gənc nəslin təlim-tərbiyəsində göstərdiyi şərəfli və fədakar əməyi yüksək qiymətləndirilir, onlara gələcək fəaliyyətində yeni uğurlar arzu edirik. Tədbirin sonunda yubilyara Fəxri Fərman və mükafat təqdim olunmuşdur.








