Xəbərlər
60 illik yubileyi qeyd olunmuşdur
28/01/2026, 13:28

Qubadlı Şəhər 4 nömrəli tam orta məktəbin laborantı Mustafayeva Bülbül Pənah qızının 60 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov, məktəbin direktoru Qənirə Həsənova, İlk Həmkarlar təşkilatının sədri Cəmilə Mehralıyeva və məktəbin pedaqoji kollektivi iştirak etmişdir. Mustafayeva Bülbül Pənah qızının gənc nəslin təlim-tərbiyəsində göstərdiyi şərəfli və fədakar əməyi yüksək qiymətləndirilir, ona gələcək fəaliyyətində yeni uğurlar arzu edirik. Tədbirin sonunda yubilyara Fəxri Fərman və mükafat təqdim olunmuşdur.





