Xəbərlər
60 İLLİK ZƏHMƏTİN ÜNVANI: 286 VƏ 308 NÖMRƏLİ MƏKTƏBLƏRDƏ YUBİLYAR GÖRÜŞLƏRİ

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində növbəti görüşlər 286 və 308 nömrəli tam orta məktəblərdə təşkil olunub.
Bu dəfə də diqqət mərkəzində 60 illik həyat yolunu təhsilə həsr etmiş müəllimlər olub. Onların uzunillik pedaqoji fəaliyyəti, zəngin təcrübəsi və təhsilin inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilib.
Çıxış edən Rövşən İbrahimli müəllim peşəsinin sadəcə bir iş deyil, həm də böyük bir missiya olduğunu qeyd edərək yubilyarları təbrik edib və onların əməyinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb.
Tədbir boyu səmimi mühitdə keçən görüşlərdə müəllimlər illərlə formalaşdırdıqları pedaqoji yol və təcrübə barədə düşüncələrini bölüşüb, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda yubilyar müəllimlərə Fəxri Fərmanlar və xatirə hədiyyələri təqdim olunub.
Bu cür təşəbbüslər müəllim əməyinə verilən dəyərin ifadəsi olmaqla yanaşı, cəmiyyətdə müəllim nüfuzunun daha da gücləndirilməsinə xidmət edir.
















