“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

60 nömrəli məktəbin təhsil işçiləri 8 Mart münasibətilə təltif olundu

06/03/2026, 12:57
xeber1

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər davam edir. Bu çərçivədə komitənin nümayəndələri Paşa Nəzərov adına 60 nömrəli tam orta ümumtəhsil məktəbində də olublar.

Tədbir zamanı məktəbin əməkdaşları ilə görüş keçirilib, qadınların cəmiyyətin inkişafında, xüsusilə də təhsil sahəsində oynadığı mühüm rol vurğulanıb. Çıxış edənlər müəllimlərin və ümumilikdə təhsil işçilərinin gənc nəslin formalaşmasında göstərdikləri fədakar əməyin yüksək qiymətləndirildiyini bildiriblər.

Sonda məktəbin bir qrup təhsil işçisi səmərəli fəaliyyətlərinə və təhsilin inkişafına verdikləri töhfəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar. Təltif olunanlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: