Xəbərlər
60 və 65 illik yubileylər qeyd olundu

11 fevral 2026-cı il tarixdə ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas kənd məktəb liseyinin müəllimi Məmmədova Fatma Məhəmməd qızının 65 illik yubileyi, məktəbin texniki işçisi Sadıxova Gülxarə Əlirza qızının isə 60 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov, məktəbin direktoru Ramil Allahverənov, İlk Həmkarlar təşkilatının sədri Məhəmməd Qasımov və məktəbin pedaqoji kollektivi iştirak etmişdir. Məmmədova Fatma Məhəmməd qızının gənc nəslin təlim-tərbiyəsində göstərdiyi şərəfli və fədakar əməyi yüksək qiymətləndirilir, ona gələcək fəaliyyətində yeni uğurlar arzu edirik. Sadıxova Gülxarə Əlirza qızının da zəhmətkeş əməyi yüksək qiymətləndirilir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Tədbirin sonunda yubilyarlara Fəxri Fərman və mükafat təqdim olunmuşdur.








