“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

600-dən yüksək bal toplayan məzunlarla görüş keçirilib

14/08/2026, 17:06
xeber1

14 avqust 2026-cı il tarixində ETİHİ Qəbələ Rayon Komitəsinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədris ilinin qəbul imtahanlarının nəticələrinə əsasən 600-dən yüksək bal toplayan məzunlarla görüş keçirilib.

Görüşdə ETİHİ Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov, Qəbələ Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ətayə Osmanova, Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, “Qəbələ səsi” qəzetinin redaktoru Azad Məmmədov, məktəb rəhbərləri, müəllimlər, məzunlar və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən ETİHİ Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov yüksək nəticə göstərən məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib, gənclərə gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayıb. O, məzunların əldə etdikləri yüksək nəticələrin müəllim əməyinin və valideyn dəstəyinin mühüm göstəricisi olduğunu qeyd edib.

Qəbələ Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ətayə Osmanova məzunları təbrik edərək onların qazandıqları uğurların qürurverici olduğunu bildirib, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və ölkəmizin inkişafında fəal iştirak etmələrinin vacibliyini vurğulayıb.

Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova çıxışında yüksək bal toplayan məzunları təbrik edib, onların qarşısında yeni imkanların açıldığını qeyd edib. O, Qarabağ Universitetinin yaradılmasının gənclər üçün mühüm imkanlar yaratdığını bildirərək məzunlara düzgün ixtisas seçimi və gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

“Qəbələ səsi” qəzetinin redaktoru Azad Məmmədov çıxışında yüksək nəticə göstərən məzunların uğurlarının rayon ictimaiyyəti üçün əhəmiyyətindən danışıb, onların gələcəkdə də yüksək nailiyyətlər əldə edəcəklərinə inamını ifadə edib.

Görüş zamanı məzunların təhsil və gələcək karyera seçimləri ilə bağlı fikirləri dinlənilib, onların sualları cavablandırılıb.

Sonda valideynlər və məzunlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: