Xəbərlər
62 nəfər şahmatçı mübarizə aparır

Yanvarın 27 -də Göyçay rayon Uşaq Gənclər İdman şahmat məktəbində 8.10.12.14.16 yaşlı şahmatçılar arasında Azərbaycan çempionatının seçmə yarışlarının zona mərhələsi üzrə açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Yaşar Məmmədov qonaqları və yarış iştirakçılarını salamlayaraq onlara ugurlar arzuladı.
Sonra Mərkəzi Aran Reqional Təhsil İdarəsinin Göyçay rayonu üzrə sektor müdiri Rauf Məmmədov çıxış edərək şahmatçılara bu yarışda qalibiyətlər arzuladı.
Daha sonra məktəbin əməkdar məşqçi-müəllimi yarışların baş hakimi Kamran Salehov yarışın keçirilmə qaydaları barədə məlumat verdi.
Umumilikdə yarışda Mərkəzi Aran Regional Təhsil İdarəsinin nəzdində olan şahmat məktəblərindən 62 nəfər şahmatçı mübarizə aparır.







