“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

62 nömrəli məktəb-liseyin kollektivi üçün Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

11/06/2026, 09:59
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin dəstəyi ilə üzv təşkilatlardan olan 62 nömrəli məktəb-liseyin kollektivi üçün 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilmişdir.

Tədbirdə çıxış edənlər Azərbaycan xalqının taleyində mühüm yer tutan Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışaraq, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətləri qeyd etmişlər.

İştirakçılar Milli Qurtuluş Gününün Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu vurğulamış, bu günün xalqımızın rifahı və dövlətimizin tərəqqisi yolunda mühüm mərhələ kimi qiymətləndirildiyini bildirmişlər.

Sonda tədbir iştirakçıları üçün mədəni-istirahət proqramı təşkil olunmuş, bayram əhval-ruhiyyəsi yaradılmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: