“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

643 balla Bakı Mühəndislik universitetinin Süni intellekt fakültəsinə daxil olan Ağayev Əli Cahan oğlu ilə görüş keçirildi

07/09/2026, 15:16
xeber1

İsmayıllı gənclərinin daha bir uğuru.


Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı lahıc qəsəbə tam orta ümumtəhsil məktəbinin məzunu, 643 balla Bakı Mühəndislik universitetinin Süni intellekt fakültəsinə daxil olan və təhsilini Koreyada davam etdirəcək tələbəsi Ağayev Əli Cahan oğlu ilə görüş keçirildi. 


Görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və təhsil rəhbərləri iştirak etdilər. 


Yüksək intellektual qabiliyyəti və istedadı ilə fərqlənən tələbə Əli Ağayevin uğurları bir daha səsləndirildi,süni intellekt sahəsində xarici ölkədə yaxşı təhsil alıb ölkəmizə xeyir verəcək kadr kimi yetişməsində ona uğurlar arzulandı. Tələbə Əli Ağayev Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin diplomu və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: