Xəbərlər
65 il şərəfli pedaqoji yol

Bərdədə müəllimin 65 illik yubileyi qeyd olunub
Bərdə rayon Nəcəfağa Quliyev adına Mollalı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Xuraman Məmmədovanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin nümayəndələri məktəbdə olaraq Xuraman Məmmədovanı təbrik ediblər.
Görüşdə yubilyarın təhsil sahəsində uzunillik səmərəli fəaliyyəti və pedaqoji əməyi yüksək qiymətləndirilib. Xuraman Məmmədovaya Fəxri Fərman və hədiyyə təqdim olunub.
Çıxış edənlər yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Xuraman Məmmədova göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.




