Xəbərlər
65 illik ömrün mənalı yolu

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan 174 nömrəli körpələr evi–uşaq bağçasının tərbiyəçi müəllimi Gözəlova Hicran Ağa qızının 65 illik yubileyi münasibətilə təbrik tədbiri keçirilib.Tədbirdə Hicran müəllimin uzun illər ərzində məktəbəqədər təhsil sahəsində səmərəli fəaliyyəti, peşəsinə olan sonsuz sevgisi, yüksək məsuliyyət hissi və balaca fidanların sağlam, vətənpərvər ruhda yetişdirilməsi istiqamətində göstərdiyi xidmətlər xüsusi vurğulanıb.Bağçanın müdiri Aynurə xanım qeyd edib ki, Hicran Gözəlova öz zəngin pedaqoji təcrübəsi, qayğıkeşliyi və nümunəvi fəaliyyəti ilə həm həmkarlarının, həm də valideynlərin dərin hörmət və rəğbətini qazanıb.Sonda yubilyar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin əməkdaşı Yeganə Rəhimova tərəfindən təbrik edilərək ona möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulanıb.




