“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik ömrün müəllimlik zirvəsi

02/04/2026, 10:42
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan 53 nömrəli tam orta ümumtəhsil məktəbdə uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş ittifaq üzvü Məmmədova Fatimə Rəfi qızının 65 illik yubileyi və təqaüdə yola salınması münasibətilə məktəbin Heydər Əliyev mərkəzində təntənəli tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru Zeynalova Tünzalə, müəllimənin həmkarları və şagirdləri iştirak edərək Fatimə xanımın təhsil sahəsindəki zəngin fəaliyyətindən, yetişdirdiyi şagirdlərin uğurlarından və müəllim kimi nümunəvi keyfiyyətlərindən bəhs ediblər.

Çıxış edən ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli Fatimə müəllimənin uzunillik əməyini yüksək qiymətləndirərək onun təhsilin inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb. Bildirib ki, belə müəllimlər cəmiyyətin mənəvi dayağı olmaqla yanaşı, gələcək nəsillərin formalaşmasında əvəzsiz rol oynayırlar.

Sonda Fatimə müəllimə komitə tərəfindən fəxri fərman və gül dəstəsi ilə təltif olunub.

Tədbir iştirakçılarının səmimi arzuları və alqışları ilə yadda qalan bu görüş, ömrünü müqəddəs müəllimlik peşəsinə həsr etmiş bir ziyalıya göstərilən dərin ehtiramın bariz nümunəsi olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: