“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik ömür

12/02/2026, 09:51
xeber1

S.Salahov adına Məlikkənd kənd tam orta ümumtəhsil məktəbində dəyərli pedaqoq İsayeva Şəhla Hüseyn qızının 65 illik yubileyi münasibətilə səmimi tədbir təşkil olundu.


Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, ETİHİ Göyçay RK nümayəndəsi Elnur M. də iştirak edərək yubilyara təşkilat adından təbriklərini və xoş arzularını çatdırdı. Çıxışlarda Şəhla müəllimənin uzun illər təhsil sahəsində göstərdiyi fədakar fəaliyyəti, yetişdirdiyi şagirdlər və məktəb həyatındakı xüsusi rolu vurğulandı.


Şəhla müəlliməyə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və daim sevgi-hörmət içində yaşamaq arzulayırıq. 65 il – bir ömür təcrübə, minlərlə xatirə və saysız şagird sevgisi deməkdir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: