“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik ömür

21/05/2026, 11:17
xeber1

Bərdə rayonu Muğanlı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Həsənova İntizar Yusif qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərən, gənc nəslin bilikli və vətənpərvər ruhda yetişdirilməsində əməyi olan müəllim yubileyi münasibətilə təbrik edilmişdir.

Tədbirdə çıxış edənlər İntizar müəllimənin pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək ona gələcək həyatında möhkəm can sağlığı, ailə səadəti və yeni uğurlar arzulamışlar.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Həsənova İntizar Yusif qızına fəxri fərman və hədiyyə təqdim olunmuşdur.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: