Xəbərlər
65 illik ömür
01/07/2026, 20:14

Bərdə şəhər Nizami Gəncəvi adına 2 nömrəli beynəlmiləl tam orta ümumtəhsil məktəbinin müəllimi İsmayılova Nailə Vahid qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Nailə İsmayılovaya uzunillik səmərəli pedaqoji fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər və təhsilin inkişafına verdiyi töhfələrə görə fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub.
Tədbirdə çıxış edənlər Nailə müəllimənin peşəsinə sədaqətini və uzun illər ərzində qazandığı nüfuzu yüksək qiymətləndirərək ona möhkəm cansağlığı, ailə səadəti və gələcək həyatında uğurlar arzulayıblar



