Xəbərlər
65 illik ömür
Bərdədə müəllimin 65 illik yubileyi qeyd olunub
Bərdə rayon Nazim Hüseynov adına Alpout kənd tam orta ümumtəhsil məktəbin müəllimi Hacıyeva Rahilə Rüstəm qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinın sədri Misir Ənvərli məktəbdə olaraq Hacıyeva Rahilə Rüstəm qızını təbrik edib.
Görüşdə yubilyarın təhsil sahəsində uzunillik səmərəli fəaliyyəti və pedaqoji əməyi yüksək qiymətləndirilib və fəxri fərman və hədiyyə təqdim olunub.
Çıxış edənlər yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonda göstərilən diqqət və qayğıya görə Hacıyeva Rahilə Rüstəm qızı öz təşəkkürünü bildirib.




