Xəbərlər
65 illik ömür və zəhmətə verilən dəyər
13/11/2026, 10:25

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Bərdə Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçisi Abdullayeva Mirvari Abid qızının 65 illik yubileyi münasibətilə təbrik mərasimi keçirilib.
Tədbir zamanı Mirvari Abdullayevanın uzun illər ərzində təhsil və idman sahəsində göstərdiyi səmərəli fəaliyyət, gənc nəslin fiziki və mənəvi inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsin tərəfindən Mirvari Abdullayevaya fəxri fərman və hədiyyə təqdim olunub.
Sonda yubilyara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulanıb.




