“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik ömür yolu.

14/05/2026, 12:05
xeber1

Bərdə rayon Rəfael Hüseynov adına Gülgəzli kənd tam orta ümumtəhsil məktəbində çalışan müəllim Yusifova Sücayət Şahmar qızınin 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbir zamanı məktəbin pedaqoji kollektivi ilə görüşən Misir Ənvərli uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərən Sücayət müəlliməni yubileyi münasibətilə təbrik edib, ona gələcək həyatında möhkəm can sağlığı və yeni uğurlar arzulayıb.

Bildirilib ki, Sücayət Yusifova gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə, təhsil sahəsindəki nümunəvi fəaliyyətinə görə kollektiv və ictimaiyyət arasında böyük hörmət qazanıb.

Sonda yubilyara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi adından fəxri fərman və hədiyyə təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Sosial şəbəkələrdə paylaş: