“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik ömür yolu

15/05/2026, 11:56
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən Ağdam rayon Sahib Həsənov adına Əfətli kənd tam orta ümumtəhsil məktəbinin uzunillik pedaqoji fəaliyyət göstərən müəllimi Bağırova Ziyafət İldırım qızının 65 illik yubileyi münasibətilə görüş keçirilib.

Tədbirdə çıxış edənlər Ziyafət müəllimənin təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətindən, şagirdlərin bilik və tərbiyəsindəki xidmətlərindən, kollektiv arasında qazandığı böyük hörmət və nüfuzdan bəhs ediblər. Qeyd olunub ki, onun illərlə təhsil sahəsinə verdiyi töhfələr gənc nəslin formalaşmasında mühüm rol oynayıb.

Yubiley münasibətilə Bağırova Ziyafət İldırım qızı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən fəxri fərman, gül dəstəsi və qiymətli hədiyyə ilə təltif olunub.

Sonda yubilyara möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulanıb.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: