“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik ömür yolu.

18/06/2026, 16:58
xeber1

Bərdə rayonu Mirələkbər Seyidov adına Mehdixanlı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Mənsimova Alidə İsa qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Alidə müəllimənin təhsil sahəsində uzunillik səmərəli fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər və pedaqoji sahədə qazandığı nailiyyətlər yüksək qiymətləndirilib. Qeyd olunub ki, o, uzun illər ərzində peşəkarlığı, zəhmətkeşliyi və müəllim adına layiq fəaliyyəti ilə həm şagirdlərin, həm də həmkarlarının dərin hörmətini qazanıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi tərəfindən Mənsimova Alidə İsa qızına 65 illik yubileyi münasibətilə fəxri fərman və hədiyyə təqdim olunub.

Tədbir iştirakçıları yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, ailə səadəti və xoşbəxt ömür arzulayıblar. Alidə müəllimə isə ona göstərilən diqqətə və əməyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların əməyinin dəyərləndirilməsi və peşə fəaliyyətinin təşviqi istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: