Xəbərlər
65 illik ömür yolu – şərəfli pedaqoji fəaliyyət

Göyçay rayonu Qeys Baxışov adına Çərəcə kənd tam orta ümumtəhsil məktəbinin dəyərli müəllimi Abdullayeva Yavər İslam qızının 65 illik yubileyi münasibətilə məktəbdə tədbir keçirilmişdir.
Tədbirdə məktəbin pedaqoji kollektivi, ictimaiyyət nümayəndələri və ETİHİ Göyçay Rayon Komitəsinin nümayəndəsi iştirak etmişlər. Çıxışlarda yubilyarın uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, yüzlərlə şagirdin bilik və tərbiyəsindəki əvəzsiz rolu, həmkarları arasında qazandığı hörmət və nüfuzu xüsusi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, Yavər müəllimə öz peşəsinə bağlılığı, məsuliyyətli və prinsipial mövqeyi, şagirdlərə qayğıkeş münasibəti ilə daim seçilmiş, müəllim adını layiqincə daşıyaraq gənc nəslin formalaşmasına dəyərli töhfələr vermişdir. Onun pedaqoji fəaliyyəti həm kollektiv, həm də valideynlər tərəfindən yüksək qiymətləndirilir.
Yubiley tədbirində yubilyara xoş arzular çatdırılmış, gələcək həyatında möhkəm can sağlığı, ailə səadəti və yeni uğurlar arzulanmışdır.
Dəyərli müəlliməmizə uzun ömür, sağlam və mənalı həyat arzulayırıq.







