Xəbərlər
65 illik ömür yolu və pedaqoji fəaliyyətinə yüksək qiymət
30/04/2026, 10:05
Bərdə rayon Feruz Sadıqov adına Qaradəmirçi kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Əlişova Afət Tofiq qızı 65 illik yubileyi münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə təltif edilmişdir.
Qeyd olunmuşdur ki, Əlişova Afət Tofiq qızı uzunillik pedaqoji fəaliyyəti ilə təhsil sahəsində səmərəli xidmətlər göstərmişdir.Sonda yubilyara möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulanmışdır.



