Xəbərlər
65 illik ömür zirvəsi
21/10/2025, 09:32

65 illik ömür zirvəsi.
Göyçay rayon Elnur Seyidov adına Ulaşlı-Şıxlı kənd tam orta ümumtəhsil məktəbində sevilən pedaqoq Mətanət müəllimənin yubileyi qeyd olundu. Tədbirdə məktəb rəhbərliyi, kollektiv və ETİHİ Göyçay RK sədri Kəmalə Səmədova iştirak edərək, səmimi təbriklərini çatdırdılar.
Fədakar əməyinə, uzun illər təhsilə verdiyi töhfələrə görə Mətanət müəllimə Fəxri fərman və mükafatla təltif olundu.
Onun həyat və pedaqoji fəaliyyəti gənc nəsil üçün nümunə, təhsil ictimaiyyəti üçün isə qürur mənbəyidir.







