“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik şərəfli müəllimlik ömrünə ehtiram

30/06/2026, 14:48
xeber1

ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən ömrünün 65 ilini təhsil sahəsinə və gənc nəslin yetişdirilməsinə həsr etmiş dəyərli müəllimlərimiz təbrik edilmiş və çoxillik səmərəli pedaqoji fəaliyyətlərinə görə təltif olunub.

Təltif olunan müəllimlər:

* Tahirova Sulxijat Ramazan qızı – 168 nömrəli tam orta məktəb

* Məmmədova Cahan Alı qızı – 243 nömrəli tam orta məktəb

* Zeynalova Rübabə Əmir qızı – 243 nömrəli tam orta məktəb

* İsmayılova Solmaz Qulamhüseyn qızı – 235 nömrəli tam orta məktəb

* Məhərrəmova Svetlana Pavlovna – 235 nömrəli tam orta məktəb

Dəyərli müəllimlərimizə uzun illər ərzində təhsilimizin inkişafına verdikləri əvəzsiz töhfələrə, müəllim peşəsinə sədaqətlə xidmət etdiklərinə görə təşəkkür edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və firavan ömür arzulayırıq.

Müəllimə göstərilən ehtiram gələcəyə verilən ən böyük dəyərdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: