Xəbərlər
65 illik yubiley
08/04/2026, 11:31

Bərdə rayonunun Tumaslı kənd ümumi orta məktəbin direktoru Qasımova Bəsti Nüsrət qızının 65 illik yubileyi münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Misir Ənvərli, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri olaraq məktəbə səfər edib. O, uzun illər təhsil sahəsində səmərəli fəaliyyətinə görə Bəsti müəlliməni təbrik edərək ona fəxri fərman və qiymətli hədiyyə təqdim edib.
Çıxışı zamanı Misir Ənvərli qeyd edib ki, Bəsti xanımın təhsilin inkişafında, gənc nəslin yetişdirilməsində və məktəbin idarə olunmasında xidmətləri yüksək qiymətləndirilir. O, yubilyara möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.



