“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubiley

11/07/2026, 10:08
xeber1

Ağstafa rayonu Qarahəsənli kənd körpələr evi–uşaq bağçasının müəllimi Lena Mustafayevanın 65 illik yubileyi münasibətilə kollektiv tərəfindən təşkil olunmuş tədbirdə iştirak etdik.

Tədbirdə yubilyarı əlamətdar günü münasibətilə səmimi qəlbdən təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və gələcək həyatında yeni uğurlar arzuladıq. Qeyd olundu ki, Lena müəllimə uzun illər ərzində gənc nəslin təlim-tərbiyəsində böyük fədakarlıq göstərmiş, zəhməti və nümunəvi fəaliyyəti ilə kollektivin dərin hörmət və rəğbətini qazanmış dəyərli pedaqoqlardandır.

Tədbir iştirakçıları belə yubiley mərasimlərinin keçirilməsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə, həmçinin , ETİHİ Ağstafa Rayon Komitəsi nə səmimi təşəkkür və minnətdarlıqlarını ifadə etdilər.

Çıxış edənlər vurğuladılar ki, təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğı onların əməyinə verilən dəyərin bariz nümunəsidir. Bu qayğı və dəstək müəllimlərin fəaliyyətinə əlavə stimul verir, onlarda həmkarlar ittifaqına böyük inam və bağlılıq yaradır. Təhsil işçiləri bu böyük həmkarlar ailəsinin üzvü olmaqdan qürur duyduqlarını, onlara göstərilən diqqət və ehtirama görə özlərini xoşbəxt hiss etdiklərini xüsusi minnətdarlıqla ifadə etdilər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: