Xəbərlər
65 illik yubiley

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Aşağı Kəsəmən kənd körpələr evi–uşaq bağçasının ittifaq üzvü Nailə Əliyevanın 65 illik yubileyini qeyd edən əməkdaşının şərəfinə kollektiv tərəfindən səmimi tədbir təşkil olunmuşdur. Tədbirdə yubilyar uzunillik səmərəli fəaliyyəti, məktəbəqədər təhsilin inkişafına verdiyi dəyərli töhfələr və nümunəvi əmək fəaliyyəti münasibətilə təbrik edilmiş, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzuladılar.
Yubilyar və kollektiv onlara göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə dərin minnətdarlıqlarını bildiridilər, bu cür diqqətin təhsil işçilərinə verilən yüksək dəyərin bariz nümunəsi olduğunu vurğuladılar.




