Xəbərlər
65 illik yubiley
24/04/2026, 12:47

ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Qubadlı rayon Qara İlyasov adına 1 nömrəli tam orta məktəbin müəllimi Hüseynova Yaqut İsrafil qızının 65 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov, məktəbin direktoru Aynurə Şahmuradova, İlk Həmkarlar təşkilatının sədri Nigar Aslanzadə və məktəbin pedaqoji kollektivi iştirak etmişdir. Çıxış edənlər Hüseynova Yaqut İsrafil qızının gənc nəslin təlim-tərbiyəsində göstərdiyi şərəfli və fədakar əməyini yüksək qiymətləndirdilər, ona sağlam və gümrah həyat, gələcək fəaliyyətində yeni uğurlar arzu etdilər. Tədbirin sonunda yubilyara Fəxri Fərman və mükafat təqdim olunmuşdur.










