Xəbərlər
65 illik yubiley
04/05/2026, 11:31

Göyçay şəhəri Ceyhun Mövsümov adına 3 nömrəli uşaq bağçasının tərbiyəçisi və ilk təşkilat həmkarlar ittifaqı sədri Mustafayeva İzzət Nəcəf qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göyçay Rayon Komitəsinin əməkdaşı sürpriz qonaq qismində iştirak edərək yubilyarı səmimi qəlbdən təbrik edib, ona möhkəm can sağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayıb.
İzzət xanımın uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyəti, həmkarların hüquqlarının müdafiəsindəki əməyi və kollektivdə qazandığı hörmət xüsusi qeyd olunub.
Bu əlamətdar gün münasibətilə bir daha təbrik edir, gələcək həyatında xoş günlər və uğurlar arzulayırıq!




