“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubiley

15/05/2026, 09:01
xeber1

Çərəkə kənd Siyavuş Mirzəyev adına 1 saylı tam orta məktəbdə Məcidova Tünzalə və Ömərov Asif müəllimlərin 65 illik yubileyi münasibətilə yüksək səviyyəli və yaddaqalan tədbir təşkil olunub.


  Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi nümayəndəsi iştirak edərək yubilyar müəllimləri səmimi şəkildə təbrik edib. Onların təhsil sahəsində göstərdikləri uzunmüddətli fədakar xidmət yüksək qiymətləndirilib, təşəkkürnamə və mükafatlar təqdim olunub.


   Bu cür tədbirlər bir daha göstərir ki, müəllimlik sadəcə peşə deyil — cəmiyyətin gələcəyini formalaşdıran müqəddəs bir missiyadır.


Yubilyarlara möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq 

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: