Xəbərlər
65 illik yubiley

ETİHİ Ağstafa Rayon Komitəsi olaraq Ağstafa rayon Muğanlı kənd tam orta məktəbinin müəllimi Mehriban Tomayevanın 65 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə iştirak edərək onu səmimi qəlbdən təbrik etdik.Yubiley tədbirində məktəbin rəhbərliyi və kollektivi Mehriban müəllimənin uzun illər ərzində təhsil sahəsində göstərdiyi fədakar xidmətlərdən, pedaqoji fəaliyyətində qazandığı uğurlardan, kollektivlə qurduğu səmimi münasibətlərdən və gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində gördüyü əhəmiyyətli işlərdən bəhs etdilər. Qeyd olundu ki, Mehriban müəllimə öz yüksək peşəkarlığı, zəngin bilik və təcrübəsi, insanpərvərliyi və müəllim adına layiq fəaliyyəti ilə həm həmkarlarının, həm də şagirdlərinin dərin hörmət və rəğbətini qazanıb.
Tədbirdə çıxış edənlər vurğuladılar ki, təhsil işçilərinə göstərilən diqqət və qayğı, onların əməyinin yüksək qiymətləndirilməsi müəllimlərin fəaliyyətinə əlavə stimul verir. Eyni zamanda qeyd edildi ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nın həyata keçirdiyi sosial yönümlü layihələr, müəllimlərin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlər və təhsil işçilərinə göstərdiyi dəstək hər bir həmkar üzvü tərəfindən böyük məmnunluqla qarşılanır. Bu diqqət və qayğı bir daha göstərir ki, ölkəmizdə müəllim əməyinə, təhsilə və maarifçiliyə yüksək dəyər verilir.
Mehriban Tomayevaya möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayır, yubileyi münasibətilə ən xoş arzularımızı çatdırırıq.





