Xəbərlər
65 illik yubiley münasibət ilə
07/10/2025, 11:00
Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən Ağdam rayonu 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi,Təlim-tərbiyə işləri üzrə direktor müavini Əhmədova Gülüzar Yaqub qızının 65 illik yubileyi qeyd olundu.
Tədbirdə pedaqoji fəaliyyətində böyük xidmətləri olan müəlliməmizə səmimi təbriklər ünvanlandı, əməyinə verilən yüksək dəyər vurğulandı.
Əlamətdar tədbirdə Ağdam rayon Təhsil sektorunun müdiri Tahir Abbasov da iştirak edərək, dəyərli çıxışı ilə yubilyarı təbrik etdi.
Bir daha hörmətli müəlliməmizi təbrik edir, möhkəm can sağlığı, uzun ömür və yeni uğurlar arzulayırıq!




