“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubiley münasibətilə

14/09/2026, 16:15
xeber1

ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova 240 nömrəli tam orta məktəbin müəllimi, eyni zamanda ilk təşkilat sədri Nailə Vəliyevanı 65 illik yubileyi münasibətilə təbrik edib.Yubiley münasibətilə keçirilən görüşdə məktəbin direktoru və kollektiv üzvləri Nailə Vəliyevanın uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətindən, həmkarları və şagirdləri ilə xoş münasibətlərindən, eləcə də həmkarlar ittifaqı fəaliyyətinə verdiyi töhfələrdən bəhs edərək onunla bağlı xoş xatirələrini və səmimi fikirlərini bölüşüblər.

ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova Nailə Vəliyevanın uzun illik pedaqoji və ictimai fəaliyyətini yüksək qiymətləndirərək, ona möhkəm cansağlığı, ailə səadəti və həyatının bundan sonrakı mərhələsində xoş və firavan günlər arzulayıb.Nailə Vəliyeva göstərilən diqqət və səmimi təbriklərə görə təşəkkürünü bildirib.Nailə xanımı 65 illik yubileyi münasibətilə bir daha təbrik edir, ona sağlam və uzun ömür, firavan həyat arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: