“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubiley münasibətilə ehtiram və təbrik

06/11/2026, 11:54
xeber1

Bu gün ETİHİ Qubadlı rayon Komitəsi tərəfindən Qubadlı rayon Təhsil Sektorunun mühasibi Sevil Əliyevanın 65 illik yubileyi qeyd olunub.

 

Görüş zamanı Sevil xanımın yubileyi münasibətilə səmimi təbriklər çatdırılıb, onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi əmək fəaliyyəti və kollektivə verdiyi töhfələr yüksək qiymətləndirilib.

 

Yubiley münasibətilə həmkarımıza diqqət və qayğının ifadəsi olaraq Komitə adından Fəxri fərman və gül dəstəsi təqdim edilib.

 

Həmkarlar ittifaqının əsas dəyərlərindən biri üzvlərinə diqqət göstərmək, onların əməyini qiymətləndirmək və əlamətdar günlərini birlikdə bölüşməkdir.

 

Sevil xanımı 65 illik yubileyi münasibətilə bir daha təbrik edir, ona möhkəm cansağlığı, könül xoşluğu, ailə səadəti və həyatının bundan sonrakı illərində gözəl günlər arzulayırıq!

Sosial şəbəkələrdə paylaş: