“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubiley münasibətilə görüş keçirildi

03/06/2026, 18:08
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi tərəfindən Ağstafa rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru İmran Nəsibovun 65 illik yubileyi münasibətilə görüş keçirildi və yubilyar səmimi şəkildə təbrik olundu.

Uzun illərdir ki, təhsil sahəsində vicdanla çalışan, gənc nəslin savadlı və vətənpərvər ruhda yetişdirilməsində böyük xidmətlər göstərən İmran müəllim öz zəngin pedaqoji fəaliyyəti, yüksək təşkilatçılıq bacarığı və peşəkarlığı ilə həm müəllimlər, həm şagirdlər, həm də valideynlər arasında dərin hörmət qazanmışdır. Onun təhsil sahəsindəki əvəzsiz xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, müxtəlif fəxri adlara, döş nişanlarına və mükafatlara layiq görülmüşdür.

Yubiley tədbirində İmran müəllimin təhsilimizin inkişafına verdiyi töhfələrdən, məktəbin uğurlarında göstərdiyi fədakar əməyindən bəhs olundu, onun gənc pedaqoqlar üçün örnək olan fəaliyyət yolu xüsusi vurğulandı. Bildirildi ki, təhsilə həsr olunmuş belə şərəfli ömür yolu cəmiyyətimiz üçün böyük dəyərdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi adından İmran Nəsibova fəxri fərman və xatirə hədiyyəsi təqdim edildi , ona göstərdiyi uzunmüddətli səmərəli fəaliyyətə görə təşəkkür edildi.

Sonda yubilyara möhkəm cansağlığı, ailə səadəti, uzun və mənalı ömür, gələcək fəaliyyətində yeni uğurlar arzulandı. Arzu edirik ki, İmran müəllim bundan sonra da öz zəngin təcrübəsi və dəyərli tövsiyələri ilə təhsilimizin inkişafına töhfə verməyə davam etsin. 65 illik yubileyiniz mübarək olsun, hörmətli İmran müəllim! Sizə sağlam, xoşbəxt və uğurlarla dolu illər arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: