“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubiley münasibətilə görüş keçirilib

21/05/2026, 12:12
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin təşkilatçılığı ilə Ağdam rayon Ayaz Abbasov adına Qaradağlı kənd tam orta ümumtəhsil məktəbinin uzun illər pedaqoji fəaliyyət göstərən müəllimi İmanova Nəsibə Polad qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Nəsibə müəllimənin təhsil sahəsindəki çoxillik səmərəli fəaliyyətindən, şagirdlərin savadlı və vətənpərvər ruhda formalaşmasında göstərdiyi xidmətlərdən danışaraq onun kollektiv və ictimaiyyət arasında böyük hörmət qazandığını vurğulayıblar. Bildirilib ki, Nəsibə müəllimənin zəngin pedaqoji təcrübəsi və müəllim peşəsinə olan sədaqəti gənc nəslin yetişməsində mühüm əhəmiyyət daşıyır.

Yubiley münasibətilə İmanova Nəsibə Polad qızı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən fəxri fərman, gül dəstəsi və xatirə hədiyyəsi ilə təltif olunub.

Sonda yubilyara möhkəm can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi və gələcək həyatında uğurlar arzulanıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: