Xəbərlər
65 illik yubiley münasibətilə görüş keçirilib
13/11/2026, 10:13

ETİHİ Gəncə Şəhər Komitəsinin rəhbərliyi tərəfindən 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin əməkdar məşqçisi Məmmədov Ramiz İlyas oğlunun 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Görüş zamanı yubilyara xoş arzular çatdırılıb, uzunillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. Sonda Ramiz Məmmədov ETİHİ Gəncə Şəhər Komitəsi tərəfindən mükafatlandırılıb.





