Xəbərlər
65 illik yubiley münasibətilə hərbi rəhbər Siyavuş Muradova diqqət göstərilib

Bərdədə məktəbin hərbi rəhbərinin 65 illik yubileyi qeyd olunub
Bərdə rayonunun Məhəmməd Məmmədov adına Qarağacı kənd tam orta ümumtəhsil məktəbinin hərbi rəhbəri Siyavuş Muradovun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Siyavuş Muradovun təhsil sahəsində, xüsusilə gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində göstərdiyi xidmətlər qeyd olunub.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Siyavuş Muradova Fəxri Fərman və hədiyyə təqdim edilib.
Çıxış edənlər yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Siyavuş Muradov göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürünü bildirib.




