Xəbərlər
65 illik yubiley münasibətilə mühasib təltif olunub.
Bərdə rayonu üzrə Mərkəzləşdirilmiş Mühasibatlığın mühasibi Qasımova İradə Əyyub qızının 65 yaşı tamam olması münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə İradə Qasımovanın uzun illər təhsil sahəsində səmərəli fəaliyyəti, yüksək peşəkarlığı və məsuliyyətli əmək fəaliyyəti xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, o, çalışdığı müddət ərzində öz işinə vicdanla yanaşaraq kollektivin hörmət və rəğbətini qazanmışdır.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən İradə Qasımovaya fəxri fərman və qiymətli hədiyyə təqdim olunmuşdur.
Tədbir iştirakçıları yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, ailə xoşbəxtliyi və gələcək həyatında uğurlar arzulamışlar.




