Xəbərlər
65 illik yubiley münasibətilə təbrik mərasimi
07/11/2025, 17:38

65 illik yubiley münasibətilə təbrik mərasimi
Bu gün Göyçay rayon Qarabaqqal kənd H.İsmayılov adına tam orta ümumtəhsil məktəbin müəllimi Allahyarova Nəzakət Yusif qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova, məktəbin rəhbərliyi və pedaqoji kollektivi iştirak ediblər.
Yubilyar uzun illər təhsilə, gənc nəslin formalaşmasına verdiyi töhfələrə görə Fəxri Fərman və xatirə mükafatı ilə təltif olunub.
Sonda müəlliməyə sağlam həyat, uğurlar və gələcək fəaliyyətində yeni nailiyyətlər arzulandı.






