“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubiley münasibətilə təbrik tədbiri keçirilib

17/10/2026, 12:08
xeber1

Ağcabədi rayon Mirzə Ələkbər Sabir adına Kəbirli kənd tam orta ümumtəhsil məktəbində məktəbin Həmkarlar İttifaqı təşkilatının sədri Qasımova Roza müəllimin təşkilatçılığı ilə Sona müəllimin 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Məktəb kollektivinin iştirakı ilə təşkil olunan tədbir səmimi, xoş və unudulmaz anlarla yadda qalıb. Tədbir zamanı Sona müəllimin uzunillik pedaqoji fəaliyyəti, təhsil sahəsində göstərdiyi xidmətlər və kollektivdə qazandığı hörmət və nüfuz xüsusi vurğulanıb.

Ömrünün dəyərli illərini müəllimlik kimi şərəfli və məsuliyyətli peşəyə həsr edən Sona müəllim öz zəhməti, qayğıkeşliyi, zəngin təcrübəsi və yüksək insani keyfiyyətləri ilə həmkarlarının və şagirdlərinin rəğbətini qazanıb.

Sona müəllim gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər, pedaqoji fəaliyyəti və fədakar əməyi hər zaman dəyərlidir.

Bu əlamətdar gün münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsi adından Sona müəllimi təbrik edir, ailə səadəti, firavanlıq və həyatının bundan sonrakı illərində bol sevinc, xoş günlər arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: