Xəbərlər
65 illik yubiley münasibətilə tədbir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin təşkilatçılığı ilə Ağdam rayon Səfərli kənd tam orta ümumtəhsil məktəbinin uzun illər pedaqoji fəaliyyət göstərən müəllimi Cəfərov Məzahir Sabir oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edənlər Məzahir müəllimin təhsil sahəsindəki çoxillik səmərəli fəaliyyətindən, şagirdlərin savadlı və vətənpərvər ruhda formalaşmasında göstərdiyi xidmətlərdən danışaraq onun kollektiv və ictimaiyyət arasında böyük hörmət qazandığını vurğulayıblar. Bildirilib ki, Məzahir müəllimin zəngin pedaqoji təcrübəsi və müəllim peşəsinə olan sədaqəti gənc nəslin yetişməsində mühüm əhəmiyyət daşıyır.
Yubiley münasibətilə Cəfərov Məzahir Sabir oğlu Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən fəxri fərman və xatirə hədiyyəsi ilə təltif olunub.
Sonda yubilyara möhkəm can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi və gələcək həyatında uğurlar arzulanıb.




