“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubiley münasibətilə tədbir keçirildi.

19/01/2026, 14:34
xeber1

Bərdə rayonu Etibar Əhmədov adına Mirzəxan kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Əliyeva Arzu Əli qızının 65 yaşı tamam olması münasibətilə tədbir keçirilib. Tədbir zamanı uzun illər səmərəli pedaqoji fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər və təhsilin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib.

Yubiley münasibətilə Arzu Əliyevaya Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyə təqdim olunub. Çıxış edənlər müəllimin peşəkarlığını, məsuliyyətini və şagirdlər arasında qazandığı hörməti xüsusi vurğulayıblar, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıblar.

Sonda yubilyar göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: