Xəbərlər
65 illik yubiley münasibətilə tədbir keçirildi.
12/02/2026, 14:52

Bərdə rayonu Səməd Xudaverdiyev adına Kürdborakı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Baxşəliyev Yusif Yavər oğlunun və Bərdə rayonu Yalçın Yusifov adına Mollaisalar kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Hümbətova Sevda Yusif qızının 65 yaşı tamam olması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən onlara fəxri fərman və hədiyyə təqdim olunmuşdur.
Çıxış edənlər müəllimləri yubiley münasibətilə təbrik edərək onlara möhkəm can sağlığı, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.





