Xəbərlər
65 illik yubiley münasibətilə tədbir keçirilib.
Bərdə şəhəri Nəriman Nərimanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Məmmədova Xuraman Mənsim qızının 65 illik yubileyi qeyd olunmuşdur.
Yubiley münasibətilə təşkil olunmuş tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli iştirak edib. Tədbir zamanı Məmmədova Xuraman Mənsim qızının səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafındakı xidmətləri və gənc nəslin təlim-tərbiyəsində göstərdiyi əməkləri yüksək qiymətləndirilmişdir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən yubilyara 65 illik yubileyi münasibətilə fəxri fərman,gül buketi və hədiyyə təqdim olunmuşdur.Məktəbin direktoru və müəllimləri Məmmədova Xuraman Mənsim qızını əlamətdar gün münasibətilə təbrik etmiş, ona möhkəm cansağlığı və gələcək pedaqoji fəaliyyətində uğurlar arzulamışlar.




