“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubiley münasibətilə tədbir keçirilib.

04/05/2026, 10:57
xeber1

Bərdə rayonu Adil Süleymanov adına Şorəlli kənd tam orta ümumtəhsil məktəbinin kitabxana müdiri Əliyeva Tamara Məhər qızının 65 illik yubileyi münasibətilə xoş bir tədbir keçirildi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən yubilyar fəxri fərman və qiymətli hədiyyə ilə təltif olundu.

Uzun illər təhsil sahəsində səmərəli fəaliyyəti, məktəbin ictimai həyatındakı fəallığı və gənc nəslin maariflənməsinə verdiyi töhfələr yüksək qiymətləndirildi.

Tamara xanıma möhkəm can sağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayırıq! 

Gallery Image

Sosial şəbəkələrdə paylaş: