“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubiley münasibətilə tədbirdə iştirak etdik

07/04/2026, 22:01
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Dürdənə Yusifovanın 65 illik yubileyi münasibətilə kollektiv tərəfindən təşkil olunmuş tədbirdə iştirak etdik.

Səmimi, xoş və mehriban şəraitdə keçən bu görüş kollektivin yüksək təşkilatçılıq qabiliyyətini və birliyini bir daha nümayiş etdirdi. Tədbir zamanı göstərilən diqqət və qayğı, həmçinin yaradılan isti mühit hər kəs tərəfindən böyük məmnunluqla qarşılandı və sevindirici hal kimi dəyərləndirildi. Bu diqqət və ehtirama görə həmkarlar ittifaqı təşkilatı olaraq Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin rəhbərliyinə və bütün kollektivinə dərin təşəkkürümüzü bildiririk.

Qeyd etmək istərdik ki, hər bir təşkilat bizim üçün dəyərlidir və əzizdir. Xüsusilə yubileyini qeyd edən müəllimlərimizə göstərilən hörmət və diqqət bizi daim qürurlandırır. Müəllim adına hər zaman böyük ehtiramla yanaşır, bu müqəddəs peşə sahibləri qarşısında baş əyirik.

Eyni zamanda, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə həmkarlar ittifaqının son illərdə həyata keçirdiyi fəaliyyətinə görə hər bir üzv öz dərin təşəkkür və minnətdarlığını ifadə etmişdir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: