Xəbərlər
65 illik yubiley qeyd olundu
05/03/2026, 15:25

ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Qubadlı rayon Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbin texniki işçisi Abbasov Şamil İdris oğlunun 65 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov, Qubadlı rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Zakir Qasımov, məktəbin direktoru Aynur Hüseynova, İlk Həmkarlar təşkilatının sədri Nazlı Məmmədova və məktəbin pedaqoji kollektivi iştirak etmişdir. Abbasov Şamil İdris oğlunun işində göstərdiyi zəhmətkeş əməyi yüksək qiymətləndirilir, ona gələcək fəaliyyətində yeni uğurlar arzu edirik. Tədbirin sonunda yubilyara Fəxri Fərman və mükafat təqdim olunmuşdur.







