“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

65 illik yubiley qeyd olundu.

10/03/2026, 10:20
xeber1

Bərdə şəhərində fəaliyyət göstərən Səfiyar Behbudov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi İbrahimova Zöhrə Xasay qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin əməkdaşları iştirak ediblər. Yubiley münasibətilə uzunillik pedaqoji fəaliyyətinə və təhsil sahəsində göstərdiyi xidmətlərə görə İbrahimova Zöhrə Xasay qızına fəxri fərman və qiymətli hədiyyə təqdim olunub.

Tədbir zamanı çıxış edənlər müəllimin təhsil sahəsində səmərəli fəaliyyətini yüksək qiymətləndirərək ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıblar. 

Gallery Image

Sosial şəbəkələrdə paylaş: